Təyyarə qəzasında vəfat edənlərdən biri futbolçu o...
18:19 26.12.2024
0
0
0
Çin iqlim dəyişikliyi ilə mübarizəyə böyük önəm verir və Azərbaycanın COP29-da sədrliyinə dəstək vermək niyyətindədir.
"Şərq qapısı" "Sinxua"ya istinadən xəbər verir ki, bunu Çinin Ətraf Mühitin Mühafizəsi Nazirliyinin İqlim Dəyişikliyi Departamentinin direktoru Sya İnsyan deyib.
Onun sözlərinə görə, Çin ÜDM vahidinə düşən karbon qazı emissiyalarını mütəmadi olaraq azaldır və karbon bazarları mexanizmini gücləndirir.
"Çin milli karbon ticarəti bazarını mütləq şəkildə genişləndirəcək və onun sabit fəaliyyətini təmin etməyə çalışacaq", - departamentin direktoru bildirib.
O vurğulayıb ki, noyabrın 11-22-də Azərbaycanda keçiriləcək COP29-da Çin tərəflər arasında danışıqlarda konstruktiv və müsbət rol oynamağı planlaşdırır.
"Çin COP29-da müsbət nəticələr əldə etmək məqsədilə Azərbaycanın sədrliyini dəstəkləmək üçün bütün digər tərəflərlə işləyəcək", - S.İnsyan vurğulayıb.
Digər xəbərlər