NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Daha 40 nəfərin Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil olunub

...

Avqustun 9-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşəbbüsü ilə təşkil olunan yay istirahəti proqramı çərçivəsində daha 40 nəfər ittifaq üzvü Ağbulaq İstirahət Mərkəzinə göndərilib.

"Şərq qapısı" xəbər verir ki, ikigünlük istirahət müddətində iştirakçılara dincəlmək və asudə vaxtlarını səmərəli keçirmək üçün geniş imkanlar yaradılıb. İttifaq üzvləri kanat xətti, şahmat, tennis və digər maraqlı intellektual oyunlardan faydalanıblar. Həmçinin gündə üç dəfə təqdim olunan ləzzətli yeməklər iştirakçılara təqdim edilib. Mərkəzdə təşkil olunan canlı musiqi isə ittifaq üzvlərinə əyləncəli anlar yaşatmaqla yanaşı, onların istirahətini daha da yaddaqalan edib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkil etdiyi bu proqram çərçivəsində ittifaq üzvləri aldıqları yollayışların yalnız 15 faizini ödəməklə şənbə və bazar günlərini Ağbulaq İstirahət Mərkəzində maraqlı və yaddaqalan şəkildə keçirə bilirlər.

Nəşr edilib : 10.08.2025 18:17