“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa şəhərində “Payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib.
Müşavirədə Culfa Rayon Elektrik Şəbəkəsinin direktoru Şahin Allahverdiyev və Culfa Rayon Qaz İstismar İdarəsinin rəisi Məhəmməd Xuduşlu çıxış edərək rəhbərlik etdikləri qrumlar tərəfindən payız-qış mövsümünə hazırlıq məqsədilə həyata keçirilən işlər, enerji və qaz təsərrüfatında təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat veriblər.
Tədbirdə, həmçinin Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov və nazirliyin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin rəis müavini Vəli Cəfərov çıxış edərək qış aylarında əhalinin bədbəxt hadisələrlə üzləşməməsi üçün öncədən görülməli olan vacib tədbirlər barədə geniş məlumat veriblər.
Müşavirənin sonunda Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova çıxış edərək aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verib. O, qarşıdan gələn soyuq qış aylarında rayon əhalisinin fasiləsiz enerji, qaz və digər xidmətlərlə təmin olunması, həmçinin fövqəladə hallar risklərinin minimuma endirilməsi üçün bütün zəruri tədbirlərin vaxtında görülməsinin vacibliyini vurğulayıb.
Digər xəbərlər