Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
Dövlət qurumlarında çalışan qadın əməkdaşların iştirakı ilə keçirilən tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova Azərbaycan qadınının dövlətçilik tarixində, eləcə də milli-mənəvi dəyərlərimizin qorunub yaşadılmasında mühüm rol oynadığını vurğulayıb. O həmçinin qeyd edib ki, xalqımız Nüşabə, Məhsəti Gəncəvi, Sara xatun, Xurşidbanu Natəvan, akademik Zərifə Əliyeva kimi görkəmli qadınların xidmətlərini daim böyük ehtiramla xatırlayır.
Daha sonra Culfa Rayon Mərkəzi Kitabxana Sisteminin Komplektləşdirilmə və Kitab İşləmə şöbəsinin müdiri Nailə Həsənova çıxış edərək Azərbaycan qadınının ailə dəyərlərinə, milli-mənəvi ənənələrə sədaqəti və cəmiyyət həyatındakı fəal mövqeyindən bəhs edib.
Tədbirdə rayonun ictimai həyatında fəallığı ilə seçilən bir qrup qadına hədiyyələr təqdim edilib.
Sonda isə tədbir iştirakçılarına musiqili proqram nümayiş etdirilib.
Digər xəbərlər