NAXÇIVAN :

27 Noyabr 2024, Çərşənbə

Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyasına və Culfa KES-ə texniki baxış keçirilib

...

Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyasında və Culfa Külək Elektrik Stansiyasında külək turbinlərinə qrafikə əsasən növbəti texniki baxış keçirilib. 

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, stansiyada külək turbinlərinin texniki vəziyyəti yoxlanılıb, yataqların yağlanması və digər cari təmir işləri aparılıb. Aşkar olunan kiçik nasazlıqlar aradan qaldırılıb. 

Qeyd edək ki, hər iki stansiyanın layihələndirilməsi, avadanlıqların seçilməsi, uyğunlaşdırılması, sifarişi, quraşdırılması, məsafədən idarəolunan SCADA sistemi üçün proqramın yazılması, real vaxt rejimində elektrik enerjisinin hesabatının aparılması üçün alqoritm proqram təminatının hazırlanması, avadanlıqların montajı və sınaq sazlama işləri xidmətin öz mütəxəssisləri tərəfindən görülüb.

Nəşr edilib : 22.10.2024 17:26