Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
COP29 çərçivəsində Qazaxıstan pavilyonunun ərazisində “Qazaxıstanda iqlim problemləri kontekstində elmi kommunikasiya” sessiyası keçirilib.
"Şərq qapısı" Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, iqlim davamlılığına və keçmiş daşqınlardan alınan dərslərə həsr olunmuş panel müzakirəsi zamanı ekspertlər elmi məlumatların ictimaiyyətə effektiv çatdırılmasına dair yanaşmaları müzakirə ediblər.
Kənd rayonlarının iqlim dəyişiklikləri ilə bağlı dialoqa cəlb edilməsi, ekoloji problemlərin işıqlandırılmasında medianın rolu və bu sahədə beynəlxalq əməkdaşlıq məsələləri qaldırılıb.
Tədbir Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Potsdam İqlim Tədqiqatları İnstitutu ilə birgə təşkil olunub.
Digər xəbərlər