NAXÇIVAN :

25 Noyabr 2024, Bazar ertəsi

COP29 çərçivəsində biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb

...

Bakıda keçirilən COP29 iqlim sammitində biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb.

Tədbir COP29 Sədrliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu tərəfindən təşkil olunub.

Platformanın məqsədi biznes, maliyyə və xeyriyyəçilik sahələrindən olan liderləri bir araya gətirərək Paris Sazişinin hədəflərinə çatmaq üçün birgə fəaliyyətə təkan verməkdir.

Bir neçə seqment üzrə təşkil olunmuş tədbirdə əsas mövzular arasında 2030-cu ilədək iqlim maliyyələşməsi tədbirləri, iqlim fəaliyyəti üçün genişləndirilmiş xarici birbaşa investisiyalar üçün dövlət və özəl sektor əməkdaşlığının sürətləndirilməsi, dekarbonizasiya həllərinin təşviqi, iqlim uyğunlaşdırılması və dayanıqlılıq üçün maliyyə həlləri yer alacaq, eləcə də iqlim liderlərinin dialoqu keçiriləcək.

Nəşr edilib : 14.11.2024 09:46