Diplomatik korpusun nümayəndələri Laçında
12:11 02.05.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində “Cəzaçəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların sosial vəziyyətinin qiymətləndirilməsi, hüquqi və psixoloji dəstəyin göstərilməsi” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları, məhkumlar, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən Penitensiar Xidmətin Strateji planlaşdırma və monitorinq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov cəzaçəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb, onların cəmiyyətə reinteqrasiyasının vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Həsən Abdullayev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Heydər Quliyev sosial xidmətlərin əhəmiyyəti, məhkumların sosial vəziyyətinin qiymətləndirilməsi və onlara göstərilən hüquqi-psixoloji dəstək mexanizmləri barədə ətraflı məlumat veriblər.
Tədbirin sonunda sosial müdafiə ilə bağlı müraciət edən məhkumların sualları cavablandırılıb, onların problemlərinin həlli istiqamətində müvafiq izahatlar təqdim olunub.
Digər xəbərlər