Ümumdünya Uşaq İxtirası Günü ilə əlaqədar tədbir k...
20:17 15.01.2025
0
0
0
İşğaldan azad edilmiş ərazilərdə peşə təhsili sisteminin qurulması, məcburi köçkünlərin öz yurdlarına qayıtması ilə əlaqəli vacib bir addımdır.
"Şərq qapısı" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, Füzuli və Şuşada peşə təhsili müəssisələrinin tikinti və yenidənqurma işləri aparılır: "Ağdam, Qubadlı və Zəngilan şəhərlərində peşə təhsil müəssisələrinin layihələndirilməsi ilin ortasında tamamlanacaq. Bu addımlar Qarabağın iqtisadi dirçəlişi və orada yüksəkixtisaslı kadrların hazırlanması üçün əsas baza rolunu oynayacaq".
Ceyhun Kərəmov peşə təhsilinin inkişafının yalnız təhsil sisteminin deyil, həm də ölkənin iqtisadi və sosial inkişafının əsas elementi olduğunu vurğulayıb: "Bu məqsədlə dövlət, özəl sektor və cəmiyyət arasında mövcud dialoqun davamlı olması, əmək bazarının tələblərinə uyğun təhsil sisteminin qurulması və yeni infrastrukturun istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə atılan addımlar və müzakirələr gələcək uğurların təminatıdır".
Digər xəbərlər