NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Ceyhun Bayramov Səudiyyə Ərəbistanı XİN rəhbəri ilə görüşüb - YENİLƏNİB

...

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud arasında geniş tərkibli görüş keçirilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan XİN paylaşım edib.

Görüşdə iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə regional və beynəlxalq qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq da görüşdə əsas müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov regionda münaqişədən sonrakı vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti, mövcud çağırışlar, o cümlədən Ermənistanın konstitusiyasında təsbit olunmuş ərazi iddialarının davam etdirilməsi barədə ətraflı məlumat verib.

***

16:07

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud arasında təkbətək görüş keçirilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan XİN paylaşım edib.

Görüş nazirin Riyada rəsmi səfəri çərçivəsində baş tutub.

Nəşr edilib : 26.02.2025 16:39