NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb

...

22 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Nəşr edilib : 22.07.2025 09:05