NDU-da Naxçıvanın milyon illik təbiət tarixini yaş...
20:23 17.09.2026
0
0
0
“Bu filmdə üç ünsürümüz var: dağ, su və ruzi-bərəkət. Mən bu xüsusiyyətdən istifadə edib Ordubad insanlarına arzu edirəm ki, su kimi yolları açıq, dağ kimi əzəmətli, ruzi-bərəkətləri bol olsun”.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Dövlət Film Fondunun direktoru, filmin yaradıcılıq üzrə məsləhətçisi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib.
O bildirib ki, etnoqrafik film Ordubadın yalnız tarixini deyil, həm də bu torpağın yaddaşını, insanlarının həyat tərzini və nəsildən-nəslə ötürülən dəyərlərini yaşatmaq baxımından əhəmiyyətlidir. Cəmil Quliyev qeyd edib ki, ekran əsəri vasitəsilə Ordubadın keçmişinə nəzər salmaq, bu günə gəlib çatan milli-mənəvi irsi daha yaxından görmək mümkündür.
Onun sözlərinə görə, filmdə təbiətlə insan, keçmişlə bu gün arasında bağlılığın göstərilməsi Ordubadın özünəməxsus simasının yaradılmasına xidmət edir. O vurğulayıb ki, belə ekran əsərləri tarix və mədəni irsin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Digər xəbərlər