NAXÇIVAN :

05 Oktyabr 2026, Bazar ertəsi

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

...

"Şərq qapısı" xatırladır ki, 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur. 
Belə ki, 1966-cı ilin bu günü UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.
1994-cü ildən isə həmin tarix UNESCO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix, həmçinin BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir. 
"Müəllimlər günü" hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.
Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur. 
Bu münasibətlə bütün Azərbaycan müəllimlərini təbrik edir, onlara uğurlar arzulayırıq!

Nəşr edilib : 05.10.2026 00:20