Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri i...
19:01 15.05.2025
0
0
0
Xəbər verdiyimiz kimi, ötən günlərdə Prezident İlham Əliyev 2021-ci il 25 yanvar tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2449 nömrəli Sərəncamında dəyişiklik edib.
Dəyişikliyə əsasən yuxarıda qeyd olunan şəxslərin (ailələrin) mənzil və fərdi evlə təmin olunma müddəti 2030-cu ilə qədər uzadılıb. Muxtar respublikadan olan şəhid ailələri də bu Sərəncamın mahiyyətini yüksək qiymətləndirirlər.
Sərəncamla bağlı "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri Mais Gülməmmədovla həmsöhbət olduq:
"Şəhid ailələrinin və qazilərimizin mənzillə təminolunma müddətinin uzadılması sevindirici bir haldır. Bununla bağlı göstərilən yüksək dövlət qayğısına görə, dövlət başçısı İlham Əliyevə birliyimiz və öz adımdan dərin minnətdarlığımızı bildiririk. Bu cür sərəncamlar biz şəhid ailələrinin ürəklərində fərəh hissi yaradır. Bu cür sərəncamlar biz şəhid ailələri üçün maddi dəstəkdən əvvəl, mənəvi qayğıdır. Şəhid ailələri üçün maddi dəstəkdən əvvəl, mənəvi qayğı daha önəmlidir. Bunu isə biz hər zaman dövlətimiz tərəfindən hiss edirik," – deyə Mais Gülməmmədov bildirdi.
Rafiq TƏHMƏZ
Digər xəbərlər