Beynəlxalq arenalarda qazanılan bu uğurlu nəticələ...
19:58 29.04.2026
0
0
0
Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) ilə səmərəli əməkdaşlığın nəticələrindən məmnunluğunu ifadə edib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"ANAMA-nı yaranmasının 27-ci ildönümü münasibətilə təbrik edirik! Birləşmiş Krallıq Azərbaycanın minatəmizləmə sahəsində aparıcı tərəfdaşlarından biridir. Biz ANAMA ilə əməkdaşlıqdan və bu sahədə birgə nailiyyətlərdən qürur duyuruq", - paylaşımda bildirilib.
Digər xəbərlər