Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Londonda Britaniya Kralı Üçüncü Çarlzın patronajı altında təşkil edilən COP29 qabağı beynəlxalq iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş konfransda Azərbaycanı təmsil edib.
Bu barədə Azərbaycanın Londondakı səfirliyindən bildirilib.
Biznes liderləri, səfirlər, sənaye liderləri və COP Troykasına daxil olan Azərbaycan, BƏƏ və Braziliyadan rəsmilərin qoşulduğu tədbirə Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Miliband, Britaniyanın inkişaf məsələləri üzrə naziri Anneliese Dods və ətraf mühit naziri Stiv Rid həmsədrlik ediblər.
Konfrans zamanı alternativ enerjiyə keçidin maliyyələşməsinə həsr olunmuş müzakirələrdə çıxış edən maliyyə naziri Samir Şərifov dünyada karbon emissiyalarının azaldılması üçün yaşıl enerji keçidinin vacibliyinə toxunaraq, Azərbaycanda keçiriləcək COP29 tədbirinin beynəlxalq iqlim maliyyələşməsi barədə razılığın əldə olunması və ümumilikdə iqlim fəaliyyətinin irəli aparılması baxımından oıduqca vacib məqam olduğunu deyib. Nazir bildirib ki, Azərbaycan tədbirin uğurla nəticələnməsi üçün əlindən gələni etməkdədir.
Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Miliband çıxışında COP29-un həlledici əhəmiyyətini vurğulayaraq ölkəsinin Bakıda keçiriləcək tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını və iqlim maliyyəsinin razılaşdırılması istiqamətində aparıcı rol oynayacağını qeyd edib.
Daha sonra Britaniya Kralı Üçüncü Çarlz tədbir iştirakçılarının şərəfinə Bukingem Sarayında ziyafət verib.Həmin ziyafətə Britaniyanın xarici işlər naziri Devid Lammi də qatılıb.
Ziyafət əsnasında maliyyə naziri Samir Şərifov Beynəlxalq dayanıqlılıq və iqlim fəaliyyəti məsələsini hər zaman diqqətdə saxlayan Britaniya Kralı Üçüncü Çarlz ilə də qısa söhbət aparıb. Nazir Samir Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Britaniya Kralına çatdırıb. Öz növbəsində Kral Üçüncü Çarlz minnətdarlıq edərək onun da salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. Söhbətin davamında Britaniya Kralı COP29-un vacib əhəmiyyətini vurğulayaraq tədbirin uğurla keçməsini arzu etdiyini deyib.
Tədbirin sonunda qəbul edilən yekun sənəddə qlobal biznes və sənaye liderləri ölkəmizdə keçiriləcək COP29-a dəstək ifadə edib.
Digər xəbərlər