Naxçıvanlı şagirdlərin beynəlxalq uğurları davam e...
15:00 21.04.2026
0
0
1
Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində dramaturq, publisist, “Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi, görkəmli yazıçı Cəlil Məmmədquluzadənin anadan olmasının 157-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Dəyirmi masada Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova "Cəlil Məmmədquluzadə yaradıcılığının Ədəbiyyat Muzeyi vasitəsilə təbliği", Naxçıvan Dövlət Universiteti Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərli "Cəlil Məmmədquluzadə və cəmiyyət", Naxçıvan Dövlət Universiteti Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Gülay Tahirli "Cəlil Məmmədquluzadə və ictimai vicdan anlayışı", Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru Aytən Ələkbərova "Cəlil Məmmədquluzadə: satira ilə cəmiyyətin aynası", Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsindəki Xatirə muzeyinin direktoru Gülnarə Sadıqova "Poçt qutusu” əsərinin təhlili", Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə muzeyinin direktoru "Cəlil Məmmədquluzadə və milli oyanış" mövzularında çıxışlar ediblər.
Tədbirin sonunda Cəlil Məmmədquluzadəyə həsr olunmuş sərgiyə baxış keçirilib.
Digər xəbərlər