NAXÇIVAN :

18 Aprel 2025, Cümə

Böyük Britaniya səfiri ilə minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb

...

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüş keçirib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə  ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı tərəflər işğaldan azad edilmiş ərazilərdə icra edilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları, Azərbaycanda mina təhlükəsi ilə mübarizə fəaliyyətinə beynəlxalq təşkilatların mümkün dəstəyi, eləcə də gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

Nəşr edilib : 09.04.2025 14:24