NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Boks birinciliyinin qalibləri bəlli olub

...

Oktyabrın 26-sı Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş böyüklər və gənclər arasında boks üzrə muxtar respublika birinciliyinin final görüşləri keçirilib, qaliblər mükafatlandırılıb. 
"Şərq qapısı"na Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ilk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə təltif olunub. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov və digərləri təqdim edib. 
Nəticələrə gəlincə Kamal Məmmədov (48 kq), Ucal Musayev (51 kq), Talıb Hüseynov (54 kq), Fikrət Abbaslı (57 kq), Ruhin Səfərov (60 kq), Uğur Əliyev (63,5 kq), Əsgər Heydərov (67 kq), Sənan Kazımlı (71 kq), Nazim Abazərli (75 kq), Devid Oloboye (80 kq), Kənan Allahverdiyev (86 kq) və Əkbər Qənbərli (92+ kq) müvafiq kateqoriya və çəki dərəcələri üzrə birinci yerə layiq görülüblər. 
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin Naxçıvan Boks Federasiyası ilə birgə təşkil etdiyi yarışa şəhər və rayonlardan, ümumilikdə, 70-ə yaxın boksçu qatılıb. Yarış 100 illik yubileyin idmançılar arasında qeyd olunması, onların təcrübə artımı və yeni istedadların kəşfi məqsədinə xidmət edib.

Nəşr edilib : 26.10.2024 17:19