NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

BMT TŞ Ankarada törədilən terror aktını qınayıb

...

BMT Təhlükəsizlik Şurası (TŞ) Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) istehsal obyektində törədilən terror aktını şiddətlə qınayıb.
“Şərq qapısı” bu barədə "Trt Haber"ə istinadən xəbər verir.
Bildirilib ki, qurumun yaydığı bəyanatda hücuma görə məsuliyyət daşıyanlar, onu maliyyələşdirənlər və dəstəkləyənlərin məsuliyyətə cəlb edilməli olduğu vurğulanıb.
Qeyd edək ki, oktyabrın 23-də Ankarada TUSAŞ-ın ərazisində törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Nəşr edilib : 24.10.2024 19:51