Состоялась церемония официальной встречи Президент...
11:37 22.04.2026
0
0
0
Zəminə Məmmədova Xocalı şəhər tam orta məktəbinin müəllimidir. Qardaşı Kamil Xocalı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
“Həmin illərdə Xankəndidə yerləşən universitetdə təhsil alırdım. Təhsilimin bitməsinə cəmi iki il qalmış məcburi şəkildə oranı tərk etməli olduq. Həmin universitetin son tələbələri olduq. Artıq iki tədris ilidir ki, Qarabağ Universiteti qapılarını gənclərin üzünə açıb. Bizim yarımçıq qalan xəyallarımızı onlar tamamlayır. İllər öncə Xocalı deyəndə həm orada, o qanlı gecədə itirdiyimiz insanların acısını ürəyimizdə hiss edir, həm də düşmən tapdağında inləyən torpaqların səsini duyurduq. Bu gün isə həmin gün şəhid olan insanlarımızın məzarları önündə başı dik, alnıaçıq dayanırıq. Çünki Vətən torpağı azaddır. Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Bir müəllim kimi qürurluyam, biz artıq öz torpağımızda, uşaqlarımıza şanlı tariximizi öyrədirik. Hər səhər Xocalıda doğulan Günəşi görəndə Vətənin bu gözəl guşəsinin havasını ciyərlərimə çəkəndə şükür edirəm Tanrıya. Ordumuza, Ali Baş Komandanımıza minnətdaram. Allah şəhidlərimizin ruhunu şad eləsin”.
Digər xəbərlər