NAXÇIVAN :

06 Iyun 2025, Cümə

Birinci siniflərdə Azərbaycan bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçiminə başlanılır

...

İyunun 5-i saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.

"Şərq qapısı" xəbər verir ki,bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, qəbul prosesi sentyabrın 12-dək davam edəcək.

Nəşr edilib : 04.06.2025 16:22