Azərbaycan-Moldova biznes forumu keçirilib
20:00 11.04.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri əvvəlcə giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Aygün Heydərli açaraq qeyd edib ki, bu gün uşaqların oxuma vərdişlərini təşviq etmək və onlara ədəbiyyatın gözəlliklərini tanıtmaq məqsədilə qeyd olunur. Beynəlxalq Uşaq Kitabı Günü çərçivəsində təşkil edilən tədbirlər arasında uşaq kitablarının oxunması, müzakirələr, rəsm sərgiləri və uşaq yazıçıları ilə görüşlər kimi fəaliyyətlər yer alır.
Tədbirdə kitabxananın direktoru Ruzi Süleymanov “Uşaq kitablarının tarixi” adlı çıxışında bildirib ki, Beynəlxalq Uşaq Kitabı Günü uşaqlara kitabları sevdirərək onların yaradıcı düşüncələrini və təxəyyüllərini inkişaf etdirməyə çalışır. Bu günün qeyd olunması,
həm də uşaq ədəbiyyatının müxtəlif cəmiyyətdə və mədəniyyətdə necə fərqli inkişaf etdiyini göstərmək üçün bir fürsətdir.
Sonra kitabxananın Kitabsaxlama şöbəsinin müdiri Nazlı İsayeva “Bəşər ailəsinin ən gənc üzvləri və kitab” mövzusunda çıxış edərək qeyd edib ki, bəşər ailəsinin ən gənc üzvləri uşaqlardır və onlara kitablara maraq göstərməsi üçün oxumağı sevdirən mənbələr önəmlidir.
Tədbir viktorina keçirildikdən sonra videoçarx və sərgiyə baxışla yekunlaşıb.
Digər xəbərlər