Avropa Sosial Xidmətlər Konfransında ölkəmizdə apa...
16:06 20.05.2026
0
0
0
NAXÇIVAN :
20 May 2026, Çərşənbə
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Türkiyə Respublikasında müəyyən edilən daha bir şəxsin mayın 20-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
2020-ci ildə mütəşəkkil dəstə halında külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satmaq məqsədilə qaçaqmalçılıq yolu ilə Azərbaycanın gömrük sərhədindən kənar daşınmasını həyata keçirməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Babayev Səbutər Adil oğlunun yeri Türkiyə Respublikasında müəyyən olunub və o, həbs edilib.
Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Türkiyə Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
Babayev Səbutər Adil oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Türkiyənin Antalya şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Bu sahədə lazımi tədbirlər davam etdirilir.
Digər xəbərlər