NAXÇIVAN :

28 Aprel 2025, Bazar ertəsi

Bayram günlərində meşəbərpa tədbirləri çərçivəsində 11 mindən çox ting əkilib

...

Muxtar respublika ərazisində meşəbərpa tədbirləri davam etdirilir.  Belə ki, Naxçıvan Muxtar Respublikasında təbiətin qorunması və meşə sahələrinin genişləndirilməsi məqsədilə Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsi tərəfindən Nehrəm-Gölaltı Dövlət Meşəsi ərazisində 6 ha sahədə 2600 ədəd aylant, Xalxal Dövlət Meşəsi ərazisində 3 ha sahədə 1200 ədəd aylant, qaraağac və alça tingləri, Tumbul Dövlət Meşəsi ərazisində 2 ha sahədə 800 ədəd göyrüş, Naxçıvan Şəhər Sutəmizləyici Qurğular Kompleksinin ətraf ərazisində 1.5 ha sahədə 650 ədəd, Uzunoba Dövlət Meşəsi ərazisində isə 6.5 ha sahədə 2600 ədəd göyrüş, su anbarının yuxarı hissəsindəki ərazidə 2 ha sahədə 940 ədəd tut, ərik, göyrüş, badam, alça, qaraağac tingləri, "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksinə gedən avtomobil yolunun sağ və sol kənarındakı ərazilərdə 5 ha sahədə 2050 ədəd badam, göyrüş, aylant, gilənar, Daşarx Meşəsi ərazisində  isə 1 ha sahədə 400 ədəd iydə, tut, söyüd, qovaq və çinar tingləri əkilib.

Ümumilikdə, 27 ha sahədə meşəbərpa işləri həyata keçirilib və 11240 ədəd müxtəlif növ ting əkilib.

Nəşr edilib : 03.04.2025 17:10