“Bakı Marafonu 2026” başa çatıb
17:12 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Ulu Öndər Heydər Əliyevin siyasi irsində həmkarlar ittifaqları xüsusi yer tutan mühüm ictimai institut kimi dəyərləndirilir. Bu gün Azərbaycanda həmkarlar ittifaqlarının keçdiyi inkişaf yolu və qazandığı nailiyyətlər məhz həmin mülki, ideoloji və institusional təməllər üzərində qurulub.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında Baş nazirin müavini Şahin Mustafayev deyib.
O qeyd edib ki, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi kurs, həyata keçirilən çoxşaxəli və ardıcıl sosial-iqtisadi siyasət həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti və üzvlərinin rifahının yüksəldilməsi üçün əlverişli mühit formalaşdırır.
“Minimum əməkhaqqının və sosial ödənişlərin artırılması, məşğulluq problemlərinin daim diqqət mərkəzində saxlanılması, əmək münasibətlərinin təkmilləşdirilməsi təbii ki, ölkə vətəndaşlarının, o cümlədən həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Prezident tərəfindən ölkəmizdə həyata keçirilən islahatların mərkəzində insan amili dayanır. Bu strateji xətt həm dövlət qurumlarının, həm də həmkarlar ittifaqlarının fəaliyyətinin ana xəttini təşkil edir. Bu baxımdan həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti hökumətin etibarlı tərəfdaşı kimi mühüm rol oynayır.
Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən sosial və humanitar layihələr cəmiyyətimizdə mərhəmət, həmrəylik və sosial məsuliyyət dəyərlərini daha da yüksəldib. Bu missiya bir daha sübut edir ki, dövlətin gücü iqtisadi göstəricilərlə yanaşı, həm də vətəndaşına olan münasibəti ilə ölçülür. Həmkarlar İttifaqları da öz fəaliyyətində bütün bu məsələləri prioritet kimi götürüb”, - deyə Baş nazirin müavini əlavə edib.
Digər xəbərlər