NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

...

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Banqladeşin Azərbaycana yeni təyin olunan səfiri Amanul Haqın Prezident İlham Əliyevlə görüşündə məlumat verilib.

Dövlət başçısı əvvəllər Banqladeş Prezidenti ilə təmaslarını xatırlayaraq Məhəmməd Şahabuddinin COP29-da iştirak edəcəyini məmnunluqla vurğuladı, ona fəaliyyətində uğurlar arzulayıb..

COP29-un əhəmiyyətinə toxunan səfir bu tədbirdə Prezident səviyyəsində təmsil olunacaqlarından məmnunluqlarını bildirib.

Nəşr edilib : 31.10.2024 15:04