“PowerChina Group” şirkəti ilə bərpaolunan enerji ...
19:11 21.04.2025
0
0
0
Bakı şəhərində Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə media sahəsində məlumatlılığın artırılmasına dair “Media savadlılığı” mövzusunda konfrans keçirilir.
“Şərq qapısı” xəbər verir ki, konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfrans Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun çıxışı ilə davam edir.
Tədbir çərçivəsində, həmçinin 2-ci Şuşa Qlobal Media Forumunda dezinformasiya və media savadlılığı ilə bağlı səsləndirilmiş fikirlərin yer aldığı qısa videoçarx nümayiş etdiriləcək, dezinformasiyanın aşkarlanması ilə bağlı “Tools and Techniques” mövzusunda qısa təqdimat olacaq.
Konfrans rəqəmsal dövrdə gənclər və media savadlılığına dair panel sessiya və “Süni intellekt və media savadlılığı”, “Təhsildə media savadlılığı” mövzularında dəyirmi masalarla davam edəcək.
Digər xəbərlər