NAXÇIVAN :

22 Yanvar 2025, Çərşənbə

Babək rayonunun Zeynəddin kəndində “Ana südünün uşaq sağlamlığında rolu” mövzusunda tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Lamiyyə İbrahimova açaraq mövzunun əhəmiyyətindən danışıb. 
Tədbirdə çıxış edən “Akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası” publik hüquqi şəxsin pediatr-infeksionisti Xeyrənsə Babayeva bildirib ki, yeni doğulmuş körpələrin ilk altı ay ərzində yalnız ana südü ilə qidalanması daha məqsədə uyğundur. Ana südü körpə üçün ən sağlam qidadır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək
bildirib ki, komitə tərəfindən keçirilən tədbirin məqsədi körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, ana südü ilə qidalanmanın körpələrin, o cümlədən anaların sağlamlığı üçün əhəmiyyəti barədə geniş maarifləndirmə aparmaqdır. Körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinin artırılması, ana südü ilə qidalanmanın üstünlükləri və körpələrin inkişafındakı vacib rolu, eyni zamanda süni qidaların riskləri barədə valideynlərin məlumatlandırılması maarifləndirmə işlərinin əsas hissəsini təşkil edir.
25 nəfər qadının yararlandığı tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Nəşr edilib : 21.01.2025 19:22