Bahar Muradova: Səylərin birləşdirilməsi ekoloji p...
12:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
Yeni Azərbaycan Partiyası Babək rayon Təşkilatında partiyanın yaradılmasının 32 illiyinə həsr olunmuş “Yeni Azərbaycan Partiyasının 32 illik uğur yolu” adlı tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Babək rayonunun mərkəzində yerləşən abidəsi önünə gül dəstələri düzüb, Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının inzibati binasında davam edib. Təşkilatın sədri İsa Məmmədov “Heydər Əliyevin siyasi irsi ilə formalaşan Yeni Azərbaycan Partiyası” mövzusunda çıxış edib. Qeyd olunub ki, bu əlamətdar tarixi hadisə ölkəmizin hər yerində olduğu kimi, Ulu Öndərin doğma yurdunda da möhtəşəm zəfərin təzahürü fonunda yüksək təntənə ilə qeyd olunur.
Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Emin Məmmədxanlı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində yaradılan, ölkəmizin sağlam və mütərəqqi qüvvələrini öz sıralarında birləşdirərək cəmiyyətdə aparıcı mövqe tutan siyasi təşkilat nüfuzlu və qüdrətli ümumxalq partiyasına çevrilib.
Digər çıxış edənlər partiyanın 32 ildə keçdiyi çətin və şərəfli mübarizə tarixindən, Azərbaycanın böyük uğurlarından, qazanılan nailiyyətlərdən söhbət açıblar.
Sonra Babək rayonunun ictimai-siyasi həyatında, partiya tapşırıqlarının yerinə yetirilməsində fəallığı ilə fərqlənən partiya fəallarının bir qrupuna YAP Babək Rayon Təşkilatının təşəkkürnamələri təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasına həsr olunmuş film nümayiş etdirilib.
Digər xəbərlər