NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Babək rayonunda 27 sentyabr – Anım Günü qeyd olunub

...

Babək şəhərinin mərkəzində yerləşən Şəhidlər abidə-memorial kompleksində 27 sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon idarə, müəssisə və təşkilat rəhbərləri, Naxçıvan Muxtar Rerspublikası Ali Məclisinin deputatları şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. Əvvəlcə tədbir iştirakçıları abidə önünə gül dəstələri qoyaraq şəhidlərin əziz xatirələrini böyük ehtiramla yad ediblər. Sonra bir dəqiqəlik sükut elan olunub, Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan icra başçısı onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib. Tədbirdə şəhid anası Fatma Şükürlü Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını söyləyib və ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri qayğıya görə minnətdarlığını bildirib.
Digər çıxış edənlər də ölkə başçısının Anım Gününün respublika səviyyəsində qeyd edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncamı şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi olduğunu bildiriblər.

Nəşr edilib : 27.09.2024 17:22