NAXÇIVAN :

07 Aprel 2025, Bazar ertəsi

AZƏRTAC-ın fəaliyyətə başlamasının 105 ili tamam olur

...

Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyi- AZƏRTAC-ın fəaliyyətə başlamasının 105 ili tamam olur. Ölkəmizin media məkanında özünəməxsus mövqeyə sahib olan AZƏRTAC, zəngin və şərəfli tarixi boyunca milli jurnalistikamızın aparıcı simalarından birinə çevrilib. Dəqiq və obyektiv xəbərləri ilə cəmiyyətə xidmət edən bu agentlik həm ölkə daxilində, həm də beynəlxalq arenada etibarlı informasiya mənbəyi kimi tanınır.
Xüsusilə Naxçıvanda xəbər portallarının olmadığı dövrlərdə muxtar respublikada həyata keçirilən mühüm tədbirləri və hadisələri geniş işıqlandıran AZƏRTAC, bu gün də Naxçıvanla bağlı xəbərləri operativ və peşəkar yanaşma ilə yayımlamaqda davam edir. 
"Şərq qapısı" qəzetinin kollektivi adından və yaxın media qurumu olaraq, ölkəmizin informasiya agentlikləri arasında milli kimliyini, obyektivliyini və peşəkarlığını daim qoruyub saxlayan AZƏRTAC-ın rəhbəri Vüqar Əliyev başda olmaqla bütün kollektivini səmimi qəlbdən təbrik edir, onlara Vətənə və xalqa xidmət yolunda yeni nailiyyətlər arzulayırıq!

Nəşr edilib : 01.03.2025 01:02