NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Azərbaycanın xarici işlər naziri və UNOPS icraçı direktoru arasında danışıqlar aparılıb

...

Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) icraçı direktoru Xorxe Moreira da Silva ilə danışıqlar aparıb.

Bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşım edib.

Söhbət zamanı Azərbaycan-BMT əməkdaşlıq gündəliyi, o cümlədən Azərbaycanın COP29-da sədrliyi ilə bağlı məsələlər müzakirə olunub.

“Tərəflər Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə mübarizə səylərinə diqqət yetiriblər”, - paylaşımda qeyd edilib.

Nəşr edilib : 15.11.2024 17:24