NAXÇIVAN :

10 May 2026, Bazar

Azərbaycanın paraüzgüçüsü Dünya Seriyasında gümüş medal qazanıb

...

Almaniyanın paytaxtı Berlində keçirilən paraüzgüçülük üzrə Dünya Seriyasına yekun vurulub.
"Şərq qapısı" xəbər verir ki, Azərbaycanın yeniyetmə paralimpiyaçısı Əli Vəliyev S10 kateqoriyasında 400 metr məsafəyə sərbəst üzmə üsulunda 4:37.18 nəticə ilə gənclər arasında gümüş medal qazanıb.
Qeyd edək ki, Ə.Vəliyev daha əvvəl 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda Dünya Seriyasının bürünc medalına layiq görülüb.

Nəşr edilib : 10.05.2026 19:52