NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür

...

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür.
"Şərq qapısı" xəbər verir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımov beş gün ac-susuz qalsa da, Azərbaycan Bayrağını düşmənə təslim etməyib.
Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycan Respublikasının suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib.
Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı altı döyüş yoldaşı həlak olduqdan sonra beş gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından altıncı gün – 1992-ci il martın 12-də rusiyalı və italiyalı jurnalistlər  – Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin  2024-cü il 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Nəşr edilib : 02.01.2025 11:46