İncəsənət məktəblərinə direktor və direktor müavin...
18:11 08.10.2026
0
0
0
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
"Şərq qapısı" xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada sloveniyalı Naçe Herkoviçi məğlub edib.
Eyni çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev isə 1/4 finalda belçikalı Matias Cesseyə qalib gələrək adını yarımfinala yazdırıb.
Daha əvvəl Vüsal Qələndərzadə (81 kiloqram) 1/8, Anna Zaytseva (63 kiloqram) 1/16 final mərhələsində rəqiblərinə uduzaraq turnirlə vidalaşıblar.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 2 medal var. Əhməd Yusifov (60 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) isə bürünc mükafat qazanıb. Mundiala oktyabrın 11-də yekun vurulacaq.
Digər xəbərlər