NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Azərbaycanın bəzi ərazilərində külək güclənib – FAKTİKİ HAVA

...

Dekabrın 18-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildiriblər ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Bəzi yerlərdə güclü qərb küləyi əsib.

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında və Şəkidə 25 m/s, Naftalanda 24 m/s, Ağsuda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Ağdam, Şahdağ, Kəlbəcər, Bərdədə 20 m/s, Şabran, Mingəçevir, Tərtər, Daşkəsən, Altıağac, Qəbələdə 18 m/s, Yardımlıda 17 m/s, Zəngilanda 15 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Nəşr edilib : 18.12.2024 09:58