NAXÇIVAN :

03 Fevral 2025, Bazar ertəsi

Azərbaycan XİN Pakistana başsağlığı verib

...

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror aktı ilə bağlı paylaşım edib.

"Şərq qapısı" xəbər verir ki, nazirlik bu barədə rəsmi "X" sosial media hesabında yazıb.

Paylaşımda Pakistanla həmrəylik qeyd olunub:

"Pakistan İslam Respublikasının Bəlucistan əyalətindəki terror aktı xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilə birlikdədir, bu çətin zamanda Pakistanla həmrəyik. Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir".

Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində baş verən silahlı insidentlər zamanı 18 pakistanlı hərbçi həlak olub, 23 yaraqlı isə zərərsizləşdirilib.

Nəşr edilib : 03.02.2025 11:26