NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Azərbaycan XİN fransalı nazirin yalanlarına cavab verib

...

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın xarici işlər naziri Jan-Noel Barrotun ölkəmiz əleyhinə yalanlarına cavab verib.
"Şərq qapısı" xəbər verir ki, bu, A.Hacızadə bununla bağlı “X”dəki hesabında yazıb.
“Cənab nazir, biz beynəlxalq hüquqa və ədalətə hörmət etməliyik, beynəlxalq hüquqa və ədalətə sadiqliyimizi bəyan etmək üçün onlara uyğun hərəkət etməliyik”, - A.Hacızadə vurğulayıb.
Qeyd edək ki, Fransanın XİN başçısı guya ölkəsinin beynəlxalq hüquq və ədalətin tərəfində olduğunu və həmişə də olacağını deyib.

Nəşr edilib : 22.10.2024 22:50