NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Azərbaycan XİN Banqladeşə başsağlığı verib

...

Azərbaycan Xarici İşlər Nazirliyi Banqladeşə başsağlığı verib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Nazirliyin "X" hesabında paylaşım edilib.

"Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə faciəvi qəzaya uğraması bizi dərindən kədərləndirdi. Qurbanların ailələrinə və yaxınlarına, Banqladeş hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk",-məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Banqladeşin paytaxtı Dəkkədə "Milestone" kollecinin ərazisində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot daxil olmaqla 19 nəfər həlak olub.

Nəşr edilib : 21.07.2025 17:15