NAXÇIVAN :

24 Yanvar 2026, Şənbə

Azərbaycan və Tatarıstan əməkdaşlığın inkişafını müzakirə edib

...

Azərbaycan və Tatarıstan (Rusiya) arasında əməkdaşlığın inkişafı müzakirə edilib.

"Şərq qapısı" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri cənab Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. Ticarət, sənaye, energetika, rəqəmsallaşma, turizm, KOB və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində perspektivləri müzakirə etdik, birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər, nəqliyyat vasitələrinin istehsalı layihəsi üzrə əldə edilən nəticələr və digər həyata keçirilən təşəbbüsləri dəyərləndirdik", - deyə o qeyd edib.

Nəşr edilib : 05.12.2025 14:08