NAXÇIVAN :

24 Yanvar 2026, Şənbə

Azərbaycan və Rusiya Baş nazirləri telefon danışığı aparıb

...

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla telefon danışığı aparıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Rusiya Hökuməti məlumat yayıb.

Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi və elmi-texniki əməkdaşlığının aktual məsələlərini, habelə Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini müzakirə ediblər.

Mixail Mişustin və Əli Əsədov sənaye, energetika, nəqliyyat infrastrukturu və digər sahələrdə birgə layihələrin inkişafının vacibliyini vurğulayıblar.

Nəşr edilib : 05.12.2025 17:35