Azərbaycan və Türkiyə parlament sədrləri telefonla...
21:32 23.04.2025
0
0
0
NAXÇIVAN :
23 Aprel 2025, Çərşənbə
Özbəkistanın Termiz İqtisadiyyat və Xidmət Universitetinin nümayəndə heyəti ilə Azərbaycan Universitetində görüş olub.
Azərbaycan Universitetindən bildirilib ki, görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Qonaqlara Azərbaycan Universitetinin tarixi və fəaliyyəti, fakültə və ixtisasları, beynəlxalq əlaqələri, elmi fəaliyyəti və yeni uğurları, o cümlədən beynəlxalq reytinqlərdə mövqeyi haqqında məlumat verilib. Termiz İqtisadiyyat və Xidmət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Jakhongir Şaturaev təmsil etdiyi ali təhsil müəssisəsi haqqında təqdimatla çıxış edib.
Görüşdə tərəflər birgə konfransların və digər elmi tədbirlərin təşkili, müştərək tədqiqatların aparılması, tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanması və bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Vurğulanıb ki, Azərbaycan və Özbəkistan xalqları arasında tarixən dostluq və qardaşlıq əlaqələri mövcud olub. Onları dil, din, tarix və milli kimlik bir-birinə bağlayır. Ölkə başçılarının əvəzsiz xidmətləri nəticəsində Azərbaycan və Özbəkistan münasibətləri hər sahədə güclənməyə davam edir. Elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin qurulması iki qardaş ölkə arasında münasibətlərin inkişafına böyük töhfə olacaq.
Görüş başa çatandan sonra qonaqlar universitetin tədris binası, auditoriyaları, mərkəz və laboratoriyaları ilə tanış olublar.
Digər xəbərlər