NAXÇIVAN :

10 Avqust 2026, Bazar ertəsi

Azərbaycan və İndoneziya iqtisadi forum keçirməyi müzakirə edib

...

Azərbaycan və İndoneziya arasında qarşılıqlı investisiya imkanları, mümkün əməkdaşlıq istiqamətləri və iqtisadi forumun keçirilməsi məsələləri müzakirə olunub.

"Şərq qapısı" bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

Məlumata görə, müzakirələr AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi arasında görüşdə aparılıb.

Y.Abdullayev Agentliyin fəaliyyəti, sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın və investisiyaların təşviqi mexanizmləri barədə məlumat verib. B.Helmi Azərbaycanla İndoneziya arasında iqtisadi, ticarət və investisiya əlaqələrinin gücləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə tikinti, kənd təsərrüfatı, turizm, əczaçılıq, qida və içki sənayesi sahələrində potensial tərəfdaşlıq imkanları nəzərdən keçirilib.

Nəşr edilib : 10.08.2026 12:16