Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik...
19:44 23.05.2026
0
0
0
NAXÇIVAN :
23 May 2026, Şənbə
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində olub.
Nazirlikdən “Şərq qapısı”na bildirilib ki, universitet rəhbərliyi ilə keçirilən görüşdə fənlərarası təhsil modeli, qlobal tədqiqat əməkdaşlıqları və beynəlxalq tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, ali təhsil və transmilli təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Nümayəndə heyəti universitetin Elm, Mühəndislik və Tibb fakültələrinin, eləcə də Qlobal Dayanıqlı İnkişaf İnstitutunun nümayəndələri ilə görüşüb. Görüşlərdə yaşıl enerji keçidi kimi qlobal çağırışlara cavab verən təhsil və tədqiqat istiqamətləri təqdim edilib.
Nümayəndə heyəti universitetin Beynəlxalq İstehsalat Mərkəzi və tədqiqat laboratoriyaları ilə də tanış olub.
Səfər çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Vorvik Universitetinin birgə həyata keçirdiyi “Bərpa olunan enerji” ixtisası üzrə ikili diplom magistr proqramı barədə də məlumat verilib. Qeyd olunub ki, proqram strateji sahələr üzrə bacarıqların inkişafı və institusional potensialın gücləndirilməsi istiqamətində ortaq hədəfləri əks etdirir.
Səfər çərçivəsində Dövlət Proqramı üzrə Vorvik Universitetində təhsil alan tələbələrlə də görüş keçirilib, onların akademik fəaliyyəti və gələcək planları barədə fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb.
Digər xəbərlər