Azərbaycan və Sloveniya münasibətlərin inkişaf per...
20:21 25.09.2026
0
0
0
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, görüşdə Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji sahəsində birgə fəaliyyətin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər iqtisadi gündəlikdə olan tərəfdaşlıq məsələləri, prioritet layihələrin reallaşdırılması və ölkələrin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni tərəfdaşlıq imkanlarının formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.
Digər xəbərlər