NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Azərbaycan Prezidenti “Fox News”a müsahibəsində “AZAL” təyyarəsinin vurulmasından danışıb

...

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibə verib.

"Şərq qapısı" xəbər verir ki, dövlət başçısı, müsahibəsində Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulmasından danışıb.

Qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür. “Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Nəşr edilib : 14.08.2025 23:24