NAXÇIVAN :

13 May 2026, Çərşənbə

Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər

...

Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.
Bu barədə “Şərq qapısı”na Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər. Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir, hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 11.05.2026 22:56