103 yaşlı mətbu orqanın gənc jurnalistləri
16:46 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
8 Noyabr - Zəfər Gününün dördüncü ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edərək Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı naminə canından keçmiş Vətən övladlarının məzarları üzərinə güllər düzüb, xatirələrini hörmət və ehtiramla yad ediblər.
Mərasimlərdə Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda şəhid olan vətəndaşların xatirələrinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Silsilə tədbirlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbənin əhəmiyyətindən, qələbənin qazanılmasında xalqın rolundan, döyüşçülərin göstərdikləri igidlik nümunələrindən danışılıb, şəhidlərin xatirəsinin heç vaxt unudulmayacağı əminliklə vurğulanıb. Hərbi qulluqçuların təşəbbüsünə uyğun olaraq, müxtəlif bölgələrdə şəhidlərin xatirələrinə ağaclar əkilib, abadlıq işləri aparılıb.
Tədbirlər çərçivəsində şəxsi heyətə qələbə əzminin və döyüş ruhunun təbliği, Vətənə və dövlətə sədaqət amillərinin aşılanması məqsədilə dəyirmi masalar keçirilib, döyüş əməliyyatlarında Azərbaycanın qələbəsi ilə bağlı geniş söhbətlər aparılıb. Vətən müharibəsinə həsr olunmuş sənədli filmlər və videoçarxların nümayişi, həmçinin hərbi orkestrlərin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri ədəbi-bədii kompozisiyalar, mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən maraqla qarşılanıb.
Keçirilən tədbirlərdə əsas diqqət şəxsi heyətin estetik zövqlərinin inkişafına və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə yönəldilib. Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Digər xəbərlər