Ceyhun Bayramov: ATƏT-in Minsk prosesinin bağlanma...
21:33 25.09.2026
0
0
0
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Silk Road Fund”un idarəedici direktoru Deng Jinghua ilə görüşüb.
“Şərq qapısı” İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Çin arasında iqtisadi və investisiya əməkdaşlığının inkişaf perspektivləri, qarşılıqlı maraq kəsb edən layihələr və “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində tərəfdaşlıq imkanları müzakirə edilib.
Azərbaycanın investisiya potensialı, yeni layihələrin həyata keçirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər gələcək əməkdaşlığın gücləndirilməsi, yeni investisiya təşəbbüslərinin reallaşdırılması və birgə layihələrin təşviqi istiqamətində mövcud imkanları nəzərdən keçiriblər.
Digər xəbərlər